Fransada həddindən artıq istilər səbəbindən 7 nəfər həyatını itirib
Fransada boğulma hadisələri və sağlamlıq problemləri səbəbindən 7 nəfərin həyatını itirdiyi bildirilib.

Fransa ərazisində təsirli olan həddindən artıq isti hava dalğası səbəbindən çox sayda boğulma hadisəsi və sağlamlıq problemi yaşandığı qeyd edilib. Fransa Hökumət Sözcüsü Maud Bregeon, 2 nəfərin isti havada keçirilən idman yarışlarında həyatını itirdiyini, 5 nəfərin isə sərinləmək üçün girdiyi suda boğulduğunu açıqlayıb.

Hökumət rəsmiləri, idman tədbirləri zamanı insanların qorunması üçün yerli idarələrə tədbir görmə təlimatı verildiyini elan edib. Hava durumu qurumu Meteo France isə həddindən artıq istilər səbəbindən 8 vilayətdə həyəcan səviyyəsinin 'narıncıya' yüksəldildiyini bildirib.