İsrail ordusunun dünən Livanın cənubundakı 5 qəsəbəyə təşkil etdiyi hava hücumlarında 31 nəfərin həlak olduğu, 40 nəfərin yaralandığı bildirildi.
Livan Səhiyyə Nazirliyi İsrailin dünən Sur şəhərinə bağlı Burc Şemali qəsəbəsinə təşkil etdiyi hücumda 2 uşaq və 3 qadın olmaqla 14 nəfərin həlak olduğunu, 5-i uşaq, 6-sı qadın olmaqla 16 nəfərin yaralandığını açıqladı. Sayda şəhərinə bağlı Kevseriyyet ər-Ruz qəsəbəsindəki hücumda isə 5 nəfər həyatını itirdi, 2 uşaq olmaqla 6 nəfər yaralandı. Nəbatiyyə vilayətindəki Habboush qəsəbəsində 2-si uşaq 4 nəfər həlak oldu, 2 uşaq və 3 qadın olmaqla 10 nəfər yaralandı. Sur şəhərinə bağlı Maareke qəsəbəsində 6 nəfər həyatını itirdi, 1-i uşaq olmaqla 6 nəfər yaralandı. Sur şəhəri yaxınlığındakı Selaa qəsəbəsinə təşkil olunan hücumda da 2 nəfər həlak oldu, 2 nəfər yaralandı.