Səudiyyə Ərəbistanından Yəmənə 150 milyon dollarlıq dəstək
Səudiyyə Ərəbistanının Yəmən hökumətinə elektrik stansiyalarının işlədilməsi məqsədilə 150 milyon dollar dəyərində 'təcili yanacaq dəstəyi' təmin etmə qərarı aldığı bildirildi.

Səudiyyə Ərəbistanının Yəməndəki səfiri Məhəmməd Əl Cabir sosial media hesabında etdiyi paylaşımda ölkəsinin Yəməndə elektrik stansiyalarının işlədilməsi məqsədilə 150 milyon dollar dəyərində dəstək verəcəyini bildirdi.

Əl Cabir, Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Əl Səud və Vəliəhd Şahzadə Məhəmməd bin Salmanın təlimatları əsasında yardımın edildiyini qeyd edərək, dəstəyin Yəməni İnkişaf və Yenidənqurma Proqramı çərçivəsində təqdim olunduğunu bildirdi. Əl Cabir, "Yəməndə elektrik stansiyalarının yanacaq ehtiyaclarını qarşılamaq üçün Yəmən hökumətinə '150 milyon dollar dəyərində təcili yanacaq dəstəyi təmin edilməsi' istiqamətində qərar alındı" ifadələrini işlətdi.