İsrail ordusu, Livanın cənubundakı Sur şəhərinə hava hücumları başlatdı.
Livan mətbuatı, İsrail döyüş təyyarələrinin ölkənin cənubundakı Sur şəhərinin şərq hissəsinə hücum etdiyini bildirdi. İsrailin gecə saatlarında Surda bir binanı və bir kafeni bombaladığı qeyd edilərək, axtarış-xilasetmə qruplarının bölgədə işlərini davam etdirdiyi bildirildi.