ABŞ İranın 'PUA vuruldu' iddiasını təkzib etdi
ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM), İran hava müdafiə sistemləri tərəfindən ABŞ-a aid bir pilotsuz uçuş aparatının vurulduğu iddialarını təkzib etdi.

 

İran mətbuatında hərbi mənbəyə istinad edilən xəbərdə, İran hava müdafiə sistemlərinin dünən axşam işə düşdüyü və Buşehr şəhəri yaxınlığında ABŞ-a aid olduğu iddia edilən bir hava vasitəsini raketlərlə vuraraq düşürdüyü bildirildi. İran mediasında yer alan xəbərlərdə, sözügedən hədəfin bir ABŞ PUA-sı olduğu iddia edildi.

Bu xəbərlərin ardından ABŞ Mərkəzi Qüvvələr Komandanlığından (CENTCOM) açıqlama gəldi. CENTCOM-un sosial media hesabından edilən açıqlamada, İran mediasındakı vurulma xəbərləri qətiyyətlə rədd edildi. Açıqlamada, “Heç bir ABŞ hava vasitəsi vurulmamışdır. ABŞ-a aid bütün hava elementləri tam olaraq qeyd altındadır” ifadələrinə yer verildi.