Netanyahu: Livana hücum etməyə davam edəcəyik
İsrail Baş naziri Binyamin Netanyahu, “Cənub Livanda hücumlara davam edəcəyik” dedi.

İsrail Baş naziri Binyamin Netanyahu sosial media hesabında etdiyi paylaşımda ABŞ Prezidenti Donald Tramp ilə danışdıqlarını qeyd edərək, Livana yönəlik hücumlara dair açıqlama verdi. Netanyahu, Trampa Hizbullahın İsrailə hücumlarını davam etdirməsi halında Beyruta hücum edəcəklərini söylədiyini və bu mövqeyinin dəyişmədiyini irəli sürdü. Netanyahu, “İsrail ordusu cənub Livanda planlaşdırıldığı kimi fəaliyyətlərinə davam edəcək” ifadələrini işlətdi.