Kiyev meri Kliçko: Şəhər güclü hava hücumu altındadır
Kiyev meri Vitaliy Kliçko, Rusiya ordusunun dünən gecədən etibarən şəhərə qarşı güclü hava hücumunu davam etdirdiyini bildirdi.

 

Ukraynanın paytaxtı Kiyevin meri Vitaliy Kliçko sosial media hesabından etdiyi açıqlamada, Rusiyanın Kiyevə qarşı yerli saatla 03.18-dən etibarən başladığı güclü hava hücumlarının davam etdiyini qeyd etdi. Kliçko, şəhərin müxtəlif bölgələrində yanğın çıxdığını bildirərək, “Hücum nəticəsində Kiyevdəki bəzi binalar, bir poliklinika binası və yanacaqdoldurma məntəqəsi kimi müxtəlif strukturlar zərər görüb. Axtarış-xilasetmə işləri davam edir” ifadələrini işlətdi.

Kliçko, hücumlarda 4 nəfərin həyatını itirdiyini, 3-ü uşaq olmaqla 51 nəfərin yaralandığını bildirdi.