ABŞ-da bank soyğununa cəhd: Çox sayda insan girov götürüldü
ABŞ-ın Cənubi Kaliforniya ştatının Bakersfield şəhərində bank soyğununa cəhd edən şübhəlinin bankdakı çox sayda insanı girov götürdüyü bildirildi.

ABŞ-ın Cənubi Kaliforniya ştatının Bakersfield şəhərində bank soyğununa cəhd edən şübhəli bankdakı çox sayda insanı girov götürdü. Bakersfield polisindən verilən açıqlamada, yerli vaxtla saat 13:00 radələrində şəhər mərkəzindəki bir bank şöbəsinə bomba hədəsi ilə bağlı qrupların hadisə yerinə göndərildiyi bildirildi. Banka çatan polis qrupları, bir kişinin içəridəki çox sayda insanla özünü binaya kilidlədiyini müəyyən etdi.

Rəsmilər, danışıqlardan sonra girovlardan ikisinin sərbəst buraxıldığını, digər girovların isə sağlamlıq vəziyyətlərinin yaxşı olduğunu açıqladı. Şübhəli ilə polis arasında danışıqların davam etdiyi qeyd olunan açıqlamada, bölgədə bəzi yolların nəqliyyata bağlandığı və çox sayda binanın boşaldıldığı ifadə edildi.