BMT-dən son onilliklərin ən güclü hava istiliyi xəbərdarlığı
Birləşmiş Millətlər Təşkilatı, istilikləri artıracaq təbii El Nino hava dalğasının yeni bir mərhələsinin bir neçə həftə içində başlaya biləcəyi xəbərdarlığını etdi.
Checkout
#050295
BMT-dən son onilliklərin ən güclü hava istiliyi xəbərdarlığı
Birləşmiş Millətlər Təşkilatı, istilikləri artıracaq təbii El Nino hava dalğasının yeni bir mərhələsinin bir neçə həftə içində başlaya biləcəyi xəbərdarlığını etdi.
Birləşmiş Millətlər Təşkilatının (BMT) nəzdindəki Dünya Meteorologiya Təşkilatı (WMO) tərəfindən verilən açıqlamada, Tropik Sakit Okeanda səth sularının isinməsi ilə yaranan El Nino hava hadisəsinin iyun və avqust ayları arasında ortaya çıxma ehtimalının 80%, bu tarixdən sonra isə 90% olduğu bildirildi. Qurum, bütün ölkələri erkən xəbərdarlıq sistemlərini gücləndirməyə çağıraraq, bu vəziyyətin demək olar ki, hər yerdə orta səviyyədən yuxarı temperatur və daha çox ekstremal hava hadisəsi gətirəcəyi xəbərdarlığını etdi. Açıqlamada həmçinin, Tropik Sakit Okeanda temperatur ölçmələrinin orta səviyyədən yuxarı olduğu və bu vəziyyətin dağıdıcı təsirlər yarada biləcəyi vurğulandı.
BMT Baş katibi Antonio Quterreş, Cenevrədə keçirilən mətbuat konfransına göndərdiyi video mesajda, dünyanın bu vəziyyəti təcili bir iqlim xəbərdarlığı kimi qəbul etməsi lazım olduğunu bildirdi. Quterreş, El Nino şərtlərinin isidilən dünyanın atəşinə körüklə gedəcəyini qeyd edərək, “Yeganə təsirli cavab, böhrana bərabər bir iqlim tədbiridir. Bu da fosil yanacaqlara olan asılılığı sona çatdırmaq, bərpa olunan enerjiyə keçidi sürətləndirmək, ən həssas olanları qorumaq və hər kəs üçün erkən xəbərdarlıq sistemləri təmin etməkdir” deyə qiymətləndirmə etdi.
WMO Baş katibi Celeste Saulo isə mətbuat konfransında etdiyi çıxışda, El Nino-nun kənd təsərrüfatı, enerji, ticarət və su resursları kimi bir çox sahəni dərindən təsir etdiyini vurğuladı. Saulo, “Bu yeniləmə vacibdir, çünki El Nino qlobal hava və iqlim modellərinin əsas hərəkətverici qüvvələrindən biridir. Onun izi Sakit Okeandakı mənşəyindən çox uzağa keçərək bütün bölgələrdəki dolanışıq vasitələrini təsir edir” dedi.
Saulo, inkişaf etmiş mövsümi proqnozların və erkən xəbərdarlıqların həyat qurtarmaq və iqtisadi təsirləri yüngülləşdirmək üçün həyati əhəmiyyət daşıdığını ifadə edərək, “El Nino-nu anlayırıq və elm və bir çox ölkənin yatırımları sayəsində çox daha yaxşı hazırlana bilirik. Lakin El Nino ilə yanaşı ekstremal təbiət hadisələri də yaşayırıq və bu hadisələr getdikcə daha çox yatırım tələb edir” ifadələrini işlətdi.