Çindən ABŞ-İran gərginliyinə qarşı diplomatiya çağırışı
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning, ABŞ və İran arasındakı münaqişələrin siyasi və diplomatik yollarla həll edilməli olduğunu bildirdi.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning bu gün keçirilən mətbuat konfransında ABŞ-İran gərginliyi ilə bağlı açıqlama verib. Mao Ning, Çinin mövcud inkişaflardan dərin narahatlıq keçirdiyini bildirərək, müharibənin heç bir tərəfin mənafeyinə olmadığını qeyd etdi. Mao, "Əlaqədar bütün tərəflər sülh fürsətini dəyərləndirməli, münaqişələri siyasi və diplomatik yollarla həll etməkdə israr etməlidir" ifadələrini işlətdi.