ABŞ Prezidenti İrana qoşun yeridilməsinin gündəmdə olmadığını deyib

ABŞ Prezidenti Donald Trump İrana qoşun yeridilməsinə ehtiyac görmədiklərini bildirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Tramp “New York Post” qəzetinə müsahibəsində söyləyib. O qeyd edib ki, hazırda quru əməliyyatı gündəmdə deyil.

Tramp, həmçinin ABŞ-nin İranın hərbi potensialının böyük hissəsini hava zərbələri ilə sıradan çıxardığını iddia edib.