İranın Küveyt aeroportunu vurması nəticəsində xəsarət alanların sayı açıqlanıb

İranın Küveyt Beynəlxalq Hava Limanına raket və dronlarla hücum edib. Hücum nəticəsində azı 63 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Trend xəbər verir ki, bu barədə Küveytin Səhiyyə Nazirliyi "Facebook" hesabında məlumat yayıb.

Qurumun açıqlamasına əsasən, zərərçəkənlər arasında sərnişinlər və hava limanının əməkdaşları da var. Onlara bütün zəruri tibbi yardım göstərilir.

 

Bundan əvvəl ölkənin Mülki Aviasiya Baş İdarəsi Küveyt Beynəlxalq Hava Limanının sərnişin terminalının İran raketləri və PUA-larının hücumuna məruz qaldığını bildirmişdi. Küveyt Xarici İşlər Nazirliyinin bəyanatına görə, hadisə nəticəsində bir nəfər həlak olub, ciddi maddi ziyan dəyib.

İnsidentdən sonra Küveydə mülki uçuşlar tam şəkildə dayandırılıb.