Polşa öz ərazisində ABŞ-yə daimi hərbi baza yaratmağı təklif edib

Polşa hökuməti ölkə ərazisində ABŞ qoşunları üçün daimi hərbi bazanın yaradılması ilə bağlı Vaşinqtona rəsmi təklif təqdim edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış məlumat verib. Nazirin sözlərinə görə, təklif ABŞ-nin müdafiə naziri Pit Heqsetə təqdim olunub. Hazırda Polşada əsasən rotasiya əsasında təxminən 10 min ABŞ hərbçisi xidmət edir.

Məlumata görə, Varşava ABŞ-nin ölkədəki hərbi mövcudluğunu daha da gücləndirmək niyyətindədir.