Tramp Ankaradakı NATO Zirvəsinə qatılacaq
ABŞ Dövlət Katibi Marko Rubio, Prezident Donald Trampın Ankaradakı NATO Zirvəsinə qatılacağını açıqladı.

 

ABŞ Dövlət Katibi Marko Rubio, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin, Prezident Donald Trampın Dövlət Departamenti üçün 2027-ci maliyyə ili büdcə tələbi və digər beynəlxalq məsələlərlə bağlı suallarını cavablandırdı. NATO Zirvəsi ilə bağlı Nümayəndələr Palatası üzvlərinə məlumat verən Rubio, "Prezident, növbəti NATO Dövlət Başçıları Toplantısına şəxsən qatılacaq. NATO-nun iyul ayında Türkiyədə keçirəcəyi növbəti toplantının, yəqin ki, NATO tarixinin ən mühüm toplantısı olacağını düşünürəm" ifadələrini işlətdi.

Rubio, ölkəsinin İttifaqın bir üzvü olduğunu xatırladaraq, NATO-nun 'əhəmiyyətli dəyişikliklərə' ehtiyacı olduğunu və bu dəyişikliklərin 7-8 iyul tarixlərində Ankarada keçiriləcək zirvədə müzakirə olunacağını söylədi.