İsrail Baş naziri Binyamin Netanyahu, "ABŞ Prezidenti Donald Tramp ilə yalnız 'taktiki' anlaşılmazlıqlar yaşayırıq" dedi.
İsrail Baş naziri Binyamin Netanyahu, Amerika mətbuatına verdiyi açıqlamada, ABŞ Prezidenti Donald Tramp ilə Livan mövzusunda yaşadıqları müzakirənin 'əhəmiyyətsiz' olduğunu irəli sürdü. Netanyahu, detallara girməyəcəyini deyərək, Tramp ilə ümumilikdə eyni fikirdə olduqlarını bildirdi.
Trampı 'İsrailin ən böyük dostu' olaraq xarakterizə edən Netanyahu, "Bəzən, ən yaxşı ailələrdə olduğu kimi, bu cür taktiki anlaşılmazlıqlar yaşayırıq. Ancaq həmişə bunları həll etməyin bir yolunu tapırıq və bunu çox yaxşı dostlar olaraq edirik" ifadələrini işlətdi.
Netanyahu, ABŞ ilə İran arasında həqiqətən atəşkəs olub-olmadığı mövzusunda isə "Düşünürəm ki, burada taktiki bir oyun oynanır. İran, Trampın dediyi şeyi, yəni lazım gələrsə hərbi əməliyyata tam bir dönüş olacağını mütləq bilir. Bu Prezident Trampın qərarıdır, İsrail hazırdır və ABŞ qüvvələri də hazırdır" qiymətləndirməsində bulundu.