BMT Təhlükəsizlik Şurasının yeni müvəqqəti üzvləri məlum oldu
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2027-2028 dövrü üçün 5 yeni müvəqqəti üzvü seçildi.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMTTŞ) 2 illik 5 yeni müvəqqəti üzvlüyü üçün BMT Baş Assambleyasında gizli səsvermə üsulu ilə seçki keçirildi. İlk turda, Afrika qrupundan Zimbabve 182 və Latın Amerika-Karib qrupundan Trinidad və Tobaqo 181 səs alaraq 2 illik BMTTŞ üzvü seçildi.

Qərbi Avropa və Digər Qrup kateqoriyasından Avstriya, Almaniya və Portuqaliya BMTTŞ-də açılacaq 2 yer üçün səs toplamağa çalışdı. Portuqaliya 134 və Avstriya 131 səslə BMTTŞ üzvlüyünü təmin edərkən, Almaniya 105 səslə geridə qaldı. Asiya-Sakit okean qrupunda isə Qırğızıstan 105, Filippin 85 səs alaraq, ilk turda 3-də 2 yetər sayına çatmadığı üçün ikinci və üçüncü tura getdi. Üçüncü turda Filippin 49 səsdə qalarkən, Qırğızıstan 142 səslə BMTTŞ üzvü seçildi.

Seçilən üzvlər, 2027-ci ilin əvvəlində BMTTŞ-də bu ilin sonunda müddəti bitəcək müvəqqəti üzvlər Danimarka, Yunanıstan, Pakistan, Panama və Somali yerinə 2 il üçün vəzifəyə başlayacaq. Bəhreyn, Kolumbiya, Konqo Demokratik Respublikası, Litva və Liberiya, hazırda BMTTŞ-də olan digər 2 illik müvəqqəti üzvləri təşkil edir. Almaniya, BMT Baş Assambleyasındakı ilk tur səsvermədə Portuqaliya və Avstriyanın gerisində qalaraq, 2027-2028 dövrü üçün Qərbi Avropa ilə Digərləri Qrupuna ayrılan iki yerdən heç birini qazana bilmədi.