Çindən Orta Şərqdə 'təvazö' çağırışı
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian, Orta Şərqdə artan gərginlikdən 'dərin narahatlıq' keçirdiklərini bildirərək, 'təvazö' çağırışı etdi.

 

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bu gün keçirilən mətbuat konfransında Orta Şərqdə yenidən artan gərginliklə bağlı açıqlama verdi. Çinin inkişaflardan dərin narahatlıq keçirdiyini bildirən Lin, tərəfləri sakit və təvazökar davranmağa çağırdı. Lin, münaqişələrin siyasi və diplomatik yollarla həllinin vacibliyini vurğulayaraq, "Əhatəli və davamlı atəşkəsin bir an əvvəl təmin edilməsi üçün münaqişələri artıracaq hərəkətlərdən çəkinilməli və gərginliyi azaltmağa yönəlik konkret addımlar atılmalıdır" ifadələrini işlətdi.