Filippinlərin Mindanao bölgəsində baş verən 7.8 bal gücündəki zəlzələdə həyatını itirənlərin sayı 45-ə çatdı.
Filippin mətbuatı, Mülki Müdafiə Bürosunun (OCD), Mindanao Adası bölgəsində əvvəlki gün baş verən 7.8 bal gücündəki zəlzələdə yaşanan itkilərə dair açıqlama verdiyini bildirdi. Açıqlamada, zəlzələdə 45 nəfərin həyatını itirdiyi, 630 nəfərin yaralandığı və 17 nəfərin itkin düşdüyü bildirildi.