Cənubi Afrikada silahlı hücum: 12 ölü, 9 yaralı
Cənubi Afrika Respublikasının Johannesburg şəhərində yerləşən bir yaşayış məntəqəsində, silahlı bir qrupun təşkil etdiyi hücumda 12 nəfər həyatını itirib, 9 nəfər yaralanıb.

 

 

Johannesburqun şərqində yerləşən Cleveland bölgəsindəki Jumpers adlı qeyri-rəsmi yaşayış məntəqəsində, dünən yerli vaxtla saat 23.10 radələrində silahlı hücum baş verib. Cənubi Afrika polisinin açıqlamasına görə, ağ rəngli bir avtomobillə bölgədəki bir yanacaqdoldurma məntəqəsinin yaxınlığına buraxılan 10-dan çox ağır silahlı şübhəli, yaşayış məntəqəsinə iki fərqli giriş nöqtəsindən daxil olub. Şübhəlilər, ərazi boyunca irəliləyərək bir neçə nöqtədə bölgə sakinlərinə atəş açdıqdan sonra eyni avtomobillə hadisə yerindən qaçıblar.

Məlumat əsasında bölgəyə göndərilən səhiyyə və polis qrupları, 8 kişi və 3 qadının hadisə yerində həyatını itirdiyini müəyyən edib. Ağır yaralı olaraq xəstəxanaya aparılan bir kişinin də həyatını itirməsi ilə ölüm sayı 12-yə yüksəlib. Silahla yaralanan 9 nəfərin isə müxtəlif xəstəxanalarda müalicə altına alındığı bildirilib.

Polis, qaçan hücumçuların tutulması üçün geniş miqyaslı işə başlayarkən, rəsmilər hadisə ilə bağlı etdikləri açıqlamada, hücumun səbəbinin hazırda bilinmədiyini və bu vəziyyətin davam edən istintaqın bir hissəsini təşkil etdiyini qeyd ediblər.