İran Xarici İşlər nazirinin müavini Abbas Arakçi, "Güclü silahlı qüvvələrimiz heç bir hücum və ya təhdidi cavabsız qoymayacaq” dedi.
İran Xarici İşlər nazirinin müavini Abbas Arakçi, sosial media hesabından ABŞ-ın ölkənin cənubuna təşkil etdiyi hücumlarla bağlı açıqlama verdi. ABŞ-ın 'təhlükəsiz olmaq istəyirsə' bölgəni tərk etməli olduğunu bildirən Arakçi, “Döyüş meydanındakı məğlubiyyətlərə baxmayaraq, ABŞ bizim qətiyyətimizi sınamağı seçdi. Güclü silahlı qüvvələrimiz heç bir hücum və ya təhdidi cavabsız qoymayacaq. Fars Körfəzinin tarixi, icazəsiz bölgəyə gələn əcnəbilərin acı talelərinə dair çoxlu bölümlər ehtiva edir” ifadələrini işlətdi.