İran: ABŞ-a məxsus 18 mühüm hədəfi vurduq
İran İnqilab Keşikçiləri Korpusu, ABŞ qüvvələrinin Tehrana qarşı hücumlarına cavab olaraq bölgədəki 18 hərbi hədəfin vurulduğunu bildirdi.

İran İnqilab Keşikçiləri Korpusunun açıqlamasında Bəhreyn, Küveyt və İordaniya da daxil olmaqla bölgə üzrə təxminən 18 fərqli nöqtənin hədəf alındığı qeyd edildi. İordaniyadakı Əl-Əzraq Hava Bazasına yönəlik hücumda, İrana qarşı əməliyyat başlatmaq üçün gözləyən Amerika qırıcı təyyarələrinin yerləşdiyi sahələrə 12 ballistik raket atıldığı bildirildi. Açıqlamada, hərbi bazada olan F-15, F-16 və F-35 tipli çox sayda ABŞ qırıcı təyyarəsinin məhv edildiyi iddia edildi. İran, Küveytdə iki, Bəhreyndə isə bir hava bazasını hədəf aldığını da elan etdi.