İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bekayi, ABŞ Prezidenti Donald Trampın açıqlamalarının yalnızca spekulyasiyadan ibarət olduğunu bildirdi.
İran mətbuatı Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bekayinin ABŞ ilə danışıqlar prosesinə dair açıqlamasını yayımladı. Bekayi, Qətər və Pakistanın ABŞ ilə diplomatik prosesdə fəal rol oynadığını bildirdi. Danışıqlardan ortaya çıxan anlaşma mətninin əksəriyyətinin tamamlandığını, lakin ABŞ-ın mövqeyini daim dəyişməsi səbəbindən yekunlaşmadığını qeyd edən Bekayi, indiyə qədər İranın anlaşma mövzusunda yekun nəticəyə çatmadığını çatdırdı. Bekayi, "Anlaşma haqqında ABŞ Prezidenti Tramp tərəfindən ortaya atılan məsələlər spekulyasiyadan ibarətdir və hələ dəqiqləşməmiş bir mövzudur" ifadələrini işlətdi.