İsrail Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Tramp ilə telefonda danışıb.
İsrail Baş nazirinin Ofisindən verilən açıqlamaya görə, Baş nazir Binyamin Netanyahu ABŞ Prezidenti Donald Tramp ilə 'İran ilə formalaşmaqda olan anlaşma memorandumu' haqqında danışıb. Açıqlamada, İsrailin anlaşma memorandumuna tərəf olmadığını vurğulayan Netanyahunun, 'son razılaşmanın zənginləşdirilmiş uranın İran xaricinə çıxarılması, nüvə infrastrukturunun məhv edilməsi, ballistik raket istehsalının məhdudlaşdırılması və İranın bölgədəki vəkil qüvvələrinə dəstəyinin dayandırılmasını əhatə etməsinə dair qətiyyətinə görə Trampa təşəkkürlərini bildirdiyi' qeyd olunub.