ABŞ Prezidenti Donald Tramp, İranla aparılan danışıqlarda müqavilənin həftə sonu və ya bazar ertəsinə qədər imzalana biləcəyinə inandığını bildirdi.
İsrail mediasına danışan ABŞ Prezidenti Donald Tramp, İran Xarici İşlər Naziri Abbas Arakçinin müqavilənin çox yaxın olduğu barədəki açıqlamalarını qiymətləndirdi. Arakçinin sözlərini müsbət hesab etdiyini bildirən Tramp, İranla həftə sonu və ya bazar ertəsi günü sülh müqaviləsini imzalaya biləcəklərinə inandığını ifadə etdi. Arakçinin açıqlamalarına toxunan Tramp, İranlı Nazirin də ABŞ ilə bir müqaviləyə nail olunması ehtimalının əvvəllər heç bu qədər yaxın olmadığını təsdiqlədiyini qeyd etdi.
Trampın qiymətləndirməsinə mövzu olan açıqlamanı virtual media hesabından edən İran Xarici İşlər Naziri Arakçi, sözügedən paylaşımında, "İslamabad Anlaşma Memorandumu heç bu qədər yaxın olmamışdı. Nəticələnməsi gözlənilərkən, jurnalistlər məzmunu haqqında spekulyasiya etməkdən çəkinməlidir. Məsuliyyətli və şəffaf yanaşmamız istiqamətində bütün detallar zamanı gəldikdə ictimaiyyətlə paylaşılacaqdır" ifadələrinə yer vermişdi.