CENTCOM: İranın ticarət gəmilərinə qarşı PUA hücumları qarşısı alındı
ABŞ Mərkəzi Qüvvələr Komandanlığı, İranın Hörmüz Boğazından keçən ticarət gəmilərini hədəf alan çox sayda hücum pilotsuz uçuş aparatının ABŞ qüvvələri tərəfindən vurulduğunu elan etdi.

 

ABŞ Mərkəzi Qüvvələr Komandanlığının (CENTCOM) sosial media hesabından edilən açıqlamada, “İran, Hörmüz Boğazından keçən ticarət gəmilərini vurmaq məqsədilə çox sayda tək yönlü hücum pilotsuz uçuş aparatı (PUA) buraxdı. Boğazdakı trafik axını fasiləsiz şəkildə davam edərkən, ABŞ qüvvələri son saatlarda bunların hamısını vurdu. Beynəlxalq ticarət koridoru keçidlərə açıq olmağa davam edir” ifadələrinə yer verildi.