Hindistan Hərbi Hava Qüvvələrinə məxsus hərbi nəqliyyat təyyarəsinin eniş zamanı qəzaya uğraması nəticəsində təyyarədəki 5 əsgər həyatını itirdi.
Hindistan Hərbi Hava Qüvvələrinə məxsus 'AN-32' tipli hərbi nəqliyyat təyyarəsi dünən Assam əyalətinin Jorhat Bölgəsindəki hava bazası yaxınlığında eniş edərkən hələ müəyyən edilməmiş bir səbəbdən qəzaya uğradı. Hindistan Hərbi Hava Qüvvələrindən verilən açıqlamada, təyyarədəki 5 əsgərin həyatını itirdiyi bildirildi. Açıqlamada, qəzanın səbəbini araşdırmaq üçün bir araşdırma komissiyasının yaradıldığı da qeyd edildi.