Böyük Britaniya Silahlı Qüvvələri, La-Manş boğazında Rus kölgə donanmasına aid bir neft tankerini dayandırdığını bildirdi.
Böyük Britaniya Müdafiə Nazirliyindən verilən açıqlamada, altı saat davam edən əməliyyatda Kral Dəniz Piyadaları Komandoları və Milli Cinayət Təşkilatından təlim keçmiş hüquq-mühafizə orqanlarının La-Manş boğazında Rus kölgə donanmasına aid bir neft tankerinə çıxarma etdiyi bildirildi. Əməliyyata Kral Hərbi Hava Qüvvələrinin də dəstək verdiyi qeyd edildi.
'Smyrtos' adlı sanksiya siyahısında olan neft tankerinin, araşdırma müddətində İngiltərənin cənub sahillərində saxlanacağı və tankerin ətraf mühit və ya təhlükəsizlik risklərinə qarşı izlənəcəyi ifadə edildi.
Böyük Britaniyanın Baş naziri Keir Starmer, əməliyyatın Rusiyaya yeni bir zərbə vurduğunu deyərək, “Vladimir Putinin Ukraynadakı müharibəsini qızışdıranların gizlənməsinə icazə verilməyəcək” dedi.