İran Prezidenti Mesud Pezeşkiyan, “Körfəz ölkələri ilə yaşanan bir çox məsələ həll yoluna girdi” dedi.
İran Prezidentliyindən verilən açıqlamaya görə, Prezident Mesud Pezeşkiyan ölkəsindəki media qurumlarının nümayəndələri ilə paytaxt Tehran şəhərində bir araya gəldi. Pezeşkiyan burada etdiyi çıxışda, qonşu ölkələrlə yaxşı münasibətlərə sahib olmağın bir çox problemi həll etməyə kömək etdiyini söylədi. ABŞ və İsrailin əsas hədəflərindən birinin İran ilə bölgə ölkələri arasında ayrılıq yaşanması olduğunu bildirən Pezeşkiyan, "Ancaq yaşanan son hadisələrə baxmayaraq qonşu ölkələrlə çox yaxşı münasibətlər quruldu" ifadələrini işlətdi.
Pezeşkiyan, regional əməkdaşlıqların artırılmasının ölkəyə mühüm töhfələr verə biləcəyini vurğulayaraq, "Son həftələrdə diplomatik təşəbbüslərlə birlikdə Bəsrə Körfəzi ölkələri ilə bir çox məsələnin və yanlış anlaşılmanın həll yoluna girmiş olması məmnuniyyət vericidir" açıqlamasında bulundu.
Ölkəsinin 'zorbalıq' qarşısında boyun əyməyəcəyini də bildirən Pezeşkiyan, ABŞ ilə dialoq qurmağın əsas prinsiplərdən imtina etmək anlamına gəlmədiyini qeyd etdi.