Ukrayna Prezidenti Volodimir Zelenski, ABŞ Prezidenti Donald Tramp ilə telefonda danışdıqlarını bildirdi.
Ukrayna Prezidenti Volodimir Zelenski, sosial media hesabında etdiyi açıqlamada, ABŞ Prezidenti Donald Tramp ilə telefonda danışdıqlarını bildirdi. Danışıq zamanı Trampın doğum gününü təbrik etdiyini qeyd edən Zelenski, “Prezident Trampa, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəni sona çatdırma cəhdləri başda olmaq üzrə uğurlar arzuladım” ifadələrini işlətdi.
Zelenski, müharibə çərçivəsində cəbhədəki inkişafları və sülhün təmin olunmasına töhfə verə biləcək məlumatları Tramp ilə paylaşdığını da bildirərək, Fransanın ev sahibliyində keçiriləcək G7 Zirvəsində Tramp ilə bir araya gələcəyini xatırlatdı.