Xorvatiyada sərnişin gəmisi ilə yelkənli qayıq toqquşdu: 3 ölü, 1 itkin
Xorvatiyanın Split şəhəri sahillərində Solta və Brac adaları arasında sərnişin gəmisi ilə yelkənli qayıq toqquşması nəticəsində 3 nəfər həyatını itirdi, 1 nəfər itkin düşdü.

Xorvatiyanın Split şəhəri sahillərində Solta və Brac adaları arasında 118 sərnişin və 7 ekipaj üzvü ilə hərəkət edən yerli bir şirkətə məxsus sərnişin gəmisi ilə Çexiya vətəndaşı olan 8 nəfəri daşıyan Fransız bayraqlı yelkənli qayıq dünən günorta saatlarında toqquşduğu bildirildi. Qəza nəticəsində yelkənli qayığın batdığı və qayığın üzərində olan 3 nəfərin həyatını itirdiyi qeyd edildi. Qayıqda olan bir nəfərin isə itkin düşdüyü məlumatı paylaşıldı. Qayıqda olan və qəzada yaralanan 4 Çexiya vətəndaşının isə həyati təhlükələrinin olmadığı və Split şəhərində müalicə altına alındıqları qeyd edildi.