Zelenski: Kiyev və Xarkova edilən hücumlarda 9 nəfər həyatını itirdi
Ukrayna Prezidenti Volodimir Zelenski, Rusiya ordusunun paytaxt Kiyev və Xarkov şəhərinə etdiyi hava hücumlarında 9 nəfərin həyatını itirdiyini, 37 nəfərin yaralandığını açıqladı.

Ukrayna Prezidenti Zelenski, sosial media hesabından Rusiyanın Kiyevə etdiyi hava hücumlarına dair paylaşım etdi. Rus ordusunun gecə saatlarında yalnız Kiyevə 60-dan çox raket atdığını vurğulayan Zelenski, şəhərdə axtarış-xilasetmə işlərinin davam etdiyini bildirdi. Hücumlar nəticəsində ölən və yaralananların olduğunu qeyd edərək, “Paytaxtda, 28 nəfər yaralandı və 4 nəfər həyatını itirdi” ifadəsini işlətdi.

Zelenski, Rusiyanın gecə hücumlarında tarixi Kiyev-Peçersk Monastırının hədəf alındığını bildirdi. Ukrayna lideri Zelenski, Rusiyanın Xarkov şəhərinə də hücum etdiyini, hücumda 5 nəfərin həyatını itirdiyini və 9 nəfərin yaralandığını qeyd etdi.