ABŞ Prezidenti Donald Tramp, "İran, ABŞ ilə son bir nüvə anlaşmasına çata bilməzsə, Tehrana qarşı hərbi hücumları yenidən başlada bilərik" dedi.
ABŞ Prezidenti Donald Tramp, ABŞ və İran arasında əldə olunan razılaşma ilə bağlı Amerika mətbuatına açıqlama verdi. İranla anlaşmanın Hürmüz Boğazında 'daimi olaraq pulsuz keçid' təmin edəcəyini bildirən Tramp, "İran, ABŞ ilə son bir nüvə anlaşmasına çata bilməzsə, Tehrana qarşı hərbi hücumları yenidən başlada bilərik" ifadələrini işlətdi.
Tramp, razılaşmanın İranın 'nüvə silahı inkişaf etdirə bilməməsini və ya ala bilməməsini' təmin edəcəyini qeyd edərək, anlaşmanın keçmiş Prezident Barak Obama dövründə, 2015-ci ildə İranla imzalanan anlaşmadan daha yaxşı olduğunu irəli sürdü.
TRAMP: NETANYAHU BİZƏ MİNNƏTDAR OLMALIDIR
İranın uran zənginləşdirmə fəaliyyətlərini dayandırması mövzusunda 15 illik prosesi qəbul edə biləcəyini vurğulayan Tramp, "İranın qabiliyyəti 'hərbi məqsədlərə heç vaxt xidmət edə bilməyəcək' şəkildə aşağı səviyyədə uran zənginləşdirmə ilə məhdudlaşdırılacaq" dedi.
Tramp, İranla razılaşmanın İsrail Baş naziri Binyamin Netanyahu'nun etirazlarına baxmayaraq əldə olunduğunu xatırlatdı. Razılaşmaya yaxınlaşan bir dövrdə İsrailin Beyruta hücumunu tənqid edən Tramp, bunun 'baş verməməli olduğunu' söylədi. Netanyahu ilə bağlı açıqlama verən Tramp, "Çox çətin bir adam. Dürüst olmaq lazım olsa, bunu etdiyimiz üçün bizə minnətdar olmalıdır. Çünki İranın nüvə silahı olsaydı İsrail iki saat belə ayaqda qala bilməzdi" deyə dəyərləndirmə etdi.