Filippinlərin cənubunda 6.2 bal gücündə zəlzələ
Filippinlərin cənubundakı Davao Oriental əyalətində 6.2 bal gücündə zəlzələ baş verib.

ABŞ Geoloji Araşdırma Mərkəzi (USGS), Filippinlərin Davao Oriental əyalətinə bağlı Pondaguitanın 67 kilometr cənub-şərq açıqlarında 6.2 bal gücündə təkan qeydə alındığını açıqladı. 111,9 kilometr dərinlikdə baş verən zəlzələdə ilkin məlumatlara görə can və mal itkisi olmadığı bildirildi.