Ekvadorda 10 əyalətdə fövqəladə vəziyyət elan edildi
Ekvador Prezidenti Daniel Noboa artan təhlükəsizlik problemləri səbəbilə 10 əyalət və 3 qəsəbədə fövqəladə vəziyyət elan etdiyini bildirdi.

Ekvador mətbuatı, Prezident Daniel Noboa tərəfindən imzalanan fərman çərçivəsində, ciddi daxili qarışıqlıqlar səbəb göstərilərək 10 əyalət və 3 qəsəbədə 60 gün müddətinə fövqəladə vəziyyət (FVV) elan edilməsinə qərar verildiyini bildirdi. Fərmanda, FVV-nin təhlükəsizlik qüvvələrinə sözügedən bölgələrdə 'daxili təhlükəsizliyi təmin etmək, ictimai qayda və vətəndaşların təhlükəsizliyini bərpa etmək, davam etdirmək və nəzarət altında saxlamaq' məqsədilə müdaxilə səlahiyyəti verdiyi qeyd edildi.

Tənzimləmənin 'xalqın hüquq, azadlıq və təminatlarını istifadə etməsini mənfi təsir edən hər cür cinayət və qanunsuz fəaliyyətin qarşısının alınması, onlarla mübarizə aparılması və təsirsiz hala gətirilməsini' məqsəd qoyduğu bildirildi.