ABŞ-ın Delaver ştatında bir xəstəxanəyə təşkil edilən silahlı hücumda 1 nəfər həyatını itirdi, 1 nəfər yaralandı.
ABŞ-ın Delaver ştatının Wilmington şəhərindəki bir xəstəxanəyə yerli vaxtla saat 15:30 radələrində silahlı hücum təşkil edildi. Hücumda 1 nəfərin həyatını itirdiyi, 1 nəfərin isə yaralandığı bildirildi. Polis rəisi Wilfredo Campos, şübhəlinin hücumdan sonra qaçdığını və hücumçunu tutmaq üçün genişmiqyaslı əməliyyat başladıldığını söylədi.