Fransada həddindən artıq istilər səbəbindən 26 vilayətdə narıncı xəbərdarlıq verildiyi bildirildi.
Fransız meteorologiya agentliyi Meteo-France tərəfindən verilən açıqlamada, ölkədə bəzi bölgələrdə temperaturun günorta saatlarında 40 dərəcəyə çata biləcəyi qeyd edildi. Açıqlamada, yüksək temperaturla bağlı xəbərdarlıq edilərək 26 şəhərdə xəbərdarlıq səviyyəsinin narıncıya qaldırıldığı bildirildi. Vaucluse, Haute-Garonne və Deux-Sevres vilayətlərində isə meşə yanğını riski olduğu məlumatı paylaşıldı.