ABŞ ilə İran arasında bu gün keçirilməsi planlaşdırılan görüşlər təxirə salındı
İsveçrə Xarici İşlər Nazirliyi ABŞ ilə İran arasında bu gün Bürgenstock qəsəbəsində keçirilməsi planlaşdırılan görüşlərin təxirə salındığını açıqladı.

 

İsveçrə Xarici İşlər Nazirliyi ölkənin Bürgenstock qəsəbəsində ABŞ, İran, Qətər və Pakistan nümayəndə heyətlərinin iştirakı ilə keçirilməsi planlaşdırılan danışıqlara dair açıqlama verib. Görüşlərin təxirə salındığı bildirilən açıqlamada, İsveçrənin sözügedən görüşlərə ev sahibliyi etmək istəyinin davam etdiyi vurğulanaraq, "İsveçrə bu görüşləri asanlaşdırmağa hazırdır. Bürgenstockdakı müvafiq hazırlıq işləri davam edir. Hazırda daha ətraflı məlumat verilə bilməz" ifadələrinə yer verilib.