Tramp: Biz çarəsizlikdən masaya oturmadıq, İran oturdu
ABŞ Prezidenti Donald Tramp, İran ilə imzalanan memorandumla bağlı tənqidlərə cavab verərək, “Biz çarəsizlikdən masaya oturmadıq, İran oturdu. Onlar bitdi” dedi.

ABŞ Prezidenti Donald Tramp, İran ilə imzalanan memorandumla bağlı tənqidlərə sosial media hesabından cavab verdi. Tramp, müharibənin İranı zəiflətdiyini bildirərək, İranın hərbi potensialının böyük ölçüdə məhv olduğunu iddia etdi.

Demokratların prosesə dair qiymətləndirmələrini tənqid edən Tramp, “Müharibə İranı zəiflətdi. Artıq Hərbi Hava Qüvvələri, Donanması, zenit avadanlığı, radarı və ya praktik olaraq başqa heç nəyi yoxdur və buna baxmayaraq Demokratlar, İranın 4 ay əvvəlkindən daha yaxşı vəziyyətdə olduğunu deyirlər. Bunun yanlarına qalacağını təsəvvür edə bilirsinizmi? Bəzi insanlar nə qədər axmaq ola bilər?” ifadələrini işlətdi.

İranın anlaşmaya çarəsizlikdən məcbur qaldığını iddia edən Tramp, 60 günlük müzakirə prosesinə sadiq qalacaqlarını, lakin İrana maliyyə güzəşti edilməyəcəyini vurğuladı. Tramp, “Biz çarəsizlikdən masaya oturmadıq, İran oturdu. Onlar bitdi! 60 günlük müddəti sonuna qədər istifadə edəcəyik. Heç bir pul almayacaqlar, 10 sent belə deyil” açıqlamasını etdi.