İsrailin Livana hücumlarında ölənlərin sayı 3 min 980-ə yüksəldi
Livanın Səhiyyə Nazirliyi, İsrailin ölkəyə hücumlarında ölənlərin sayının 3 min 980-ə, yaralıların sayının isə 12 min 1-ə çatdığını bildirdi.

Livanın Səhiyyə Nazirliyinin açıqlamasına görə, İsrail ordusunun 2 martda başladığı və ölkənin müxtəlif bölgələrini hədəf alan hücumları nəticəsində ölənlərin sayı 3 min 980-ə, yaralıların sayı isə 12 min 1-ə yüksəlib. Yayımlanan son məlumatlara görə, 2 mart ilə 19 iyun tarixləri arasında olan hücumlarda 250-si uşaq və 375-i qadın olmaqla çox sayda mülki şəxs həyatını itirib.

Açıqlamada, İsrail hücumlarının Livanın səhiyyə infrastrukturunda yaratdığı ağır dağıntıya da diqqət çəkilib. Proses boyunca səhiyyə və təcili müdaxilə qruplarını hədəf alan 174 ayrı hücum həyata keçirildiyi, bu hücumlarda 135 səhiyyə işçisinin həyatını itirdiyi, 405-nin isə yaralandığı bildirilib. Digər tərəfdən, ölkə üzrə 174 təcili yardım maşını ilə 17 xəstəxananın zərər gördüyü, 3 xəstəxananın isə tamamilə xidmət xaricində qaldığı bildirilib.