İtaliyada həddindən artıq istilər səbəbindən 8 şəhərdə 'qırmızı' xəbərdarlıq verildi
İtaliyada həddindən artıq isti hava dalğası səbəbindən bu gün üçün 8 şəhərdə 'qırmızı' xəbərdarlıq verildiyi bildirildi.

İtaliya Səhiyyə Nazirliyi, həftə sonu bir çox şəhərdə isti hava dalğasının təsirli olmasının gözlənildiyini bildirərək, Bolonya, Bolzano, Breşiya, Florensiya, Milan, Peruca, Rieti, Turin olmaqla 8 şəhər üçün 'qırmızı' ilə ən yüksək risk xəbərdarlığı etdi. Paytaxt Roma üçün isə bu gün ikinci yüksək səviyyə olan 'narıncı' xəbərdarlıq verildi. Səhiyyə Nazirliyi, istidən qorunmaq üçün saat 11.00 ilə 18.00 arasında çölə çıxmamağa çağırış etdi.