İran: ABŞ heyəti ilə günorta görüşəcəyik
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bekayi, ABŞ və İran heyətlərinin bu gün günorta İsveçrədə görüşəcəyini bildirdi.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bekayi ölkə mediasına verdiyi açıqlamada, bu gün ABŞ heyəti ilə görüşəcəklərini bildirdi. Bekayi, gün ərzində ABŞ heyəti ilə tək bir görüş keçirəcəklərini qeyd edərək, "Səhər, vasitəçi kimi fəaliyyət göstərən Pakistan və Qətər heyətləri ilə ikitərəfli görüşlər keçirəcəyik. Günorta isə İran İslam Respublikası ilə ABŞ heyətləri arasında Qətər və Pakistan nümayəndələrinin də iştirakı ilə dördtərəfli görüşlər keçiriləcək" ifadələrini işlətdi.

Görüşlərin diqqət mərkəzində müharibənin dayandırılması və anlaşma memorandumunun tətbiqi olacağını deyən Bekayi, İsrailin Livanda atəşkəsi pozduğunu və bu məsələnin görüşlərdə müzakirə ediləcək ən mühüm məsələ olduğunu bildirdi. Bekayi, İranın dondurulmuş vəsaitlərinin azad edilməsi məsələsi və İrana neft satışı üçün zəruri icazənin verilməsi məsələsinin də görüşlərdə gündəmə gələcəyini qeyd etdi.