İran Prezidenti Mesud Pezeşkiyan, Qətərdə bloklanan 6 milyard dolların İrana qayıdacağını bildirdi.
İran Prezidenti Mesud Pezeşkiyan paytaxt Tehrandakı Mərkəzi Bankın konfrans zalında keçirilən 33-cü Pul və Bankçılıq Siyasətləri Simpoziumunda çıxış etdi. ABŞ ilə əldə olunan razılaşma mətnindəki maddələrin ölkəsinin xeyrinə olduğunu deyən Pezeşkiyan, “Bugünkü danışıqlar prosesinin başlaması ilə Qətərdə bloklanan 6 milyard dollarımız geri dönəcək” dedi.
Pezeşkiyan ABŞ-ın yeganə tələbini 'İranın nüvə sahibi olmaması' olduğunu qeyd edərək, bu məsələnin keçmiş ölkə lideri Ayətullah Əli Xamenei tərəfindən dəfələrlə dilə gətirildiyini və bunun İranın istəmədiyi bir məsələ olduğunu vurğuladı.