Zelenski: Rusiya 1800 idarə olunan bomba və 87 raketlə hücum etdi
Ukrayna Prezidenti Volodimir Zelenski, Rusiya ordusunun son bir həftədə ölkəsinə təxminən 2 min 200 silahlı pilotsuz uçuş aparatı, 1800 idarə olunan bomba və 87 raketlə hücum etdiyini bildirdi.
Checkout
#051332

Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabından etdiyi açıqlamada, Rusiyanın son bir həftədə Ukraynaya etdiyi hava hücumlarını qiymətləndirdi. Zelenski bu müddət ərzində ölkəsinə təxminən 2 min 200 silahlı pilotsuz uçuş aparatı (PUA), 1800 idarə olunan bomba və müxtəlif tipli 87 raketin atıldığını qeyd edərək, xüsusilə cəbhəyə yaxın mülki yaşayış yerlərinin ağır hücum altında olduğunu bildirdi. Zelenski, Rusiya ordusunun dünən və bu gün Zaporijya və Poltava bölgələrinə etdiyi hücumlar nəticəsində 7 nəfərin həyatını itirdiyini, 6-sı uşaq olmaqla 38 nəfərin yaralandığını bildirdi.