ABŞ-ın Los Anceles şəhərində günlərdir davam edən anbar yanğını səbəbindən 'fövqəladə vəziyyət' elan edildi.
Kaliforniya ştatının qubernatoru Qavin Nyusom, Los Anceles şəhərindəki soyuq qida anbarında günlərdir davam edən yanğınla mübarizə çərçivəsində 'fövqəladə vəziyyət' elan etdi.
Kaliforniya Qubernatorluğunun internet saytında verilən açıqlamada, yanğınla mübarizə çərçivəsində 5,5 milyon 'N95' maskası, sənaye hava filtrləri və su kimi fövqəladə vəziyyət əşyalarının hazırlanacağı bildirildi. Açıqlamada, yanğın səbəbindən bölgədə ciddi duman emissiyası olduğu və bunun hava keyfiyyətinə təsir etdiyi qeyd edilərək, bölgə sakinlərinə xəbərdarlıqlara əməl etmələri və çölə çıxmamaları çağırışı edildi.