Yunanıstanda su mənbələrinin azalması səbəbindən 12 adada fövqəladə vəziyyət elan edildiyi bildirildi.
Yunan mətbuatı, aralarında turistik adaların da olduğu ən azı 12 adada quraqlıq, artan su istehlakı və qeyri-kafi infrastrukturun su mənbələri üzərində təzyiqi artırması səbəbindən fövqəladə vəziyyət elan edildiyini bildirdi. Yunanıstanın Ətraf Mühit və Su Mənbələri üzrə Baş Katibi Petros Varelidis, su probleminin bir çox ada üçün daimi bir problem olduğunu qeyd edərək, yeni turizm investisiyalarının mövcud infrastruktur tutumu nəzərə alınaraq planlaşdırılması lazım olduğunu vurğuladı. Bəzi adalarda içməli su şəbəkələrindəki itkilərin 60%-ə qədər çatdığını bildirən Varelidis, yeni obyektlərdən əvvəl su infrastrukturunun yenilənməsinə üstünlük verilməli olduğunu ifadə etdi.