Qətərdə sənaye bölgəsində partlayış: 54 yaralı, 18 nəfər itkin
Qətərdə sənaye bölgəsində baş verən partlayışda 54 nəfərin yaralandığı, itkin düşən 18 nəfər üçün axtarış-xilasetmə işlərinin davam etdiyi bildirildi.

Qətər Daxili İşlər Nazirliyindən verilən açıqlamada, paytaxt Doha'nın şimalındakı Ras Laffan Sənaye Bölgəsində partlayış baş verdiyi bildirildi. Partlayışda 54 nəfərin yaralandığı, itkin düşən 18 nəfər üçün axtarış-xilasetmə işlərinin davam etdiyi qeyd olundu.