Filippində liseyə edilən silahlı hücumda 3 şagird həyatını itirdi
Filippində bir liseyə edilən silahlı hücumda 3 şagird həyatını itirdi, 5 şagird yaralandı.

Filippin polisi, San Jose Milli Liseyinə silahlı hücum edildiyini açıqladı. Rəsmilər, hadisədə 3 şagirdin həyatını itirdiyini, 5 şagirdin də yaralandığını bildirdi. Polis, hücumla əlaqəli iki şübhəlinin həbs edildiyini bildirərək, şübhəlilərdən birinin hücumun edildiyi liseydə şagird olduğunu qeyd etdi.