Moskva meri Sergey Sobyanin son 24 saat ərzində paytaxt yaxınlığında Ukraynaya məxsus 84 pilotsuz uçuş aparatının zərərsizləşdirildiyini açıqladı.
Moskva meri Sergey Sobyanin sosial media hesabından etdiyi açıqlamada, Ukrayna ordusunun Moskvaya pilotsuz uçuş aparatları (PUA) ilə hücum etdiyini qeyd etdi. Sobyanin hücumun dəf edildiyini bildirərək, “Son 24 saat ərzində Moskva yaxınlığında 84 PUA hava müdafiə sistemləri tərəfindən vuruldu. Dağıntı və insan itkisi yoxdur” ifadələrini işlətdi.