ABŞ-da silahlı hücum: 2 ölü
ABŞ-ın Kaliforniya ştatında bir kitabxanada keçirilən silahlı hücumda 2 nəfərin öldüyü bildirildi.

ABŞ-ın Kaliforniya ştatının Çiko şəhərində bir kitabxanada silahlı hücum baş verib. Hücumda 2 nəfər həyatını itirib, yaralanan bir uşaq xəstəxanaya aparılıb. Çiko Polis Rəisi Billy Aldridge hücumla bağlı keçirdiyi mətbuat konfransında, silahlı hücum zamanı şübhəlinin kitabxananın arxa qapısından qaçmağa çalışdığını və bu zaman oradakı təhlükəsizlik işçiləri tərəfindən saxlanıldığını qeyd etdi.