Fransada iki uşağın da daxil olduğu 18 nəfərin isti hava səbəbindən həyatını itirdiyi bildirildi.
Bordo bölgəsində yaşı 80 ilə 95 arasında dəyişən üç nəfərin həftə sonu isti hava dalğasına bağlı sağlamlıq problemləri səbəbindən həyatını itirdiyi bildirildi. Fransanın qərbindəki Bordoda temperaturun 41,9 dərəcəyə yüksələrək keçən avqustda qeydə alınan rekordu aşdığı ifadə edildi.
Fransız Mülki Müdafiə Sözcüsü Jerome Boulanger, bazar günündən bazar ertəsinə qədər 13 nəfərin boğulduğunun bildirilməsinin ardından, 'Yalnızca nəzarət olunan ərazilərdə üzün' xəbərdarlığını etdi.